UEFA Rusiya təmsilçisi MOİK klubu barədə intizam işi açıb.Buna səbəb klub azarkeşlərinin adlarının irqçilikdə hallanmasıdır.Belə ki, 23 oktyabrda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskva təmsilçisi ilə qarşılaşan "Mançester Siti”li futbolçu Yaya Ture təhqir olunub.Fildişi Sahilli yarımmüdafiəçi matçdan sonra açıqlamasında oyun ərzində rus azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qaldığını deyib.Bu məlumatdan sonra UEFA araşdırmalara başlayıb və qurumun Nizam-İntizam Komitəsində oktyabrın 30-da bu məsələyə baxılacaq.Qeyd edək ki, Moskvada "Ximki Arena”da keçirilən bu qarşılaşmada "Mançester Siti” MOİK-i 2:1 hesabı ilə məğlub edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !