Terrorçular Antiterror əməliyyatını həyata keçirən hərbçiləri atəşə tutub
Ukrayna ordusunda ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, terrorçular antiterror əməliyyatları keçirən qüvvələrinə qradlardan atəşə tutub.
Atışma nəticəsində 30-50 hərbiçinin həlak olduğu deyilir. Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin sədri Vladislav Seleznyov qeyd edib ki, Ukrayna ordusunda itkilər var və ehtimal ki, bu hücumun nəticələri ağır olacaq.
Vladislav Seleznyov "hadisəni təsdiq etsəm də hələlik heç bir detal barədə dəqiq nəsə deyə bilmərəm", - deyə öz facebook səhifəsində yazıb: "İndi çox pis xəbər öyrəndim. Bu gün Luqansk vilayətində Rusiyanın 24-cü motoatıcı alayı bizim uşaqlarımızı atəşə tutdu. Xeyli sayda yaralı və ölənlər var. Yaralıların 100-dən çox olduğu güman edilir".
ANN.Az