Ukrayna prezidentindən Rusiyaya təklif

01:26 | 24.06.2014
Ukrayna prezidentindən Rusiyaya təklif

Ukrayna prezidentindən Rusiyaya təklif

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hakimiyyətinə  yeni təklif verib. Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, o, Avropa Birliyi şurasının prezidenti Herman Van Rompeylə telefon danışığı zamanı bildirib ki, Ukraynanın şərq vilayətlərinə, Luqansk və Donetskdəki keçid məntəqələrində rusiyalıların müşahidə aparması ilə bağlı Moskvaya təklif göndərib.

 

 

Dövlət başçısının saytındakı bu məlumatda bildirib : “Biz Rusiyaya ATƏT-in missiyası vasitəsi ilə öz müşahidəçilərini göndərməyi təklif etmişik”.

 

Mənbə bildirib ki, Van Rompey öz növbəsində Poroşenkonu Avropa Birliyi ilə Razılaşma Assosiasiyasına dair müqavilənin iyunun 27-də imzalanması üçün hazırlıq prosesi başa çatdığını söyləyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti