Ukraynada atəş səsləri eşidilir: ölənlər var

11:22 | 17.04.2014
Ukraynada atəş səsləri eşidilir: ölənlər var

Ukraynada atəş səsləri eşidilir: ölənlər var

Ukraynada hərbçilər Mariupol şəhərində bir qrup separatçının hərbi hissəyə hücumunun qarşısını alıb Ukraynanın Mariupol şəhərində bir qrup separatçı hərbi hissəyə hücum edib.ANS PRESS-in məlumatına görə, hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb, 63 nəfər isə saxlanılıb. Bu barədə öz Facebook səhifəsində yazan Ukrayna daxili işlər naziri Arsen Аvakov, hazırda polislərin hadisə baş verən ərazidə faktla bağlı araşdırmalar apardığını qeyd edib:"Gecə hücuma cavab olaraq Ukraynanın Mariupol şəhərində DİN bölmələri hərbi hissəyə hücum edən 300 nəfərə yaxın dəstənin lokallaşdırılması üzrə əməliyyat keçirib".Arsen Аvakovun sözlərinə görə, təcavüzkarlar molotof kokteyli ilə hərbi hissəyə hücum ediblər. Bundan sonra polis xəbərdarlıq atəşi açıb. Daha sonra isə həyacan verilərək təhlükəzlik orqanlarına məlumat verilib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM