• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Ukraynada baş verənlər Qarabağda da gözləniləndirmi? - EKSPERTLƏR DANIŞIR

Ukraynada baş verənlər Qarabağda da gözləniləndirmi? - EKSPERTLƏR DANIŞIR
23.02.2022 18:32
"Donetsk və Luqansk Xalq Respublikalarının” tanınması haqqında fərman imzalayan Rusiya prezidenti Vladimir Putin Ukraynada tətbiq etdiyi siyasəti  Cənubi Qafqazda yeridə bilərmi? Bir qism şərhçi  hesab edir ki, Rusiyanın bu davranışları Azərbaycan üçün gələcəkdə hər hansı risk yaratmır, bir qism isə deyir ki,  Azərbaycan çox ciddi risklərlə üzləşə bilər.   
 
Millət vəkili Fəzail Ağamalının fikrincə,  Ukraynada baş verən hadisələrlə  Azərbaycan üzləşə  bilməz. 
 
"Ukraynada baş verən hadisələri Qarabağdakı proseslərlə eyniləşdirmək doğru deyil. Tamamilə fərqi durumdur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Putinin dilindən də Qarabağ Azərbaycan ərazisidir ifadəsini eşitmişik. 10 noyabr bəyannəməsi də Azərbaycanın ciddi diplomatiyasının uğurudur və həmin sənəddə Azəraycanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək heç bir bənd yoxdur". 

AXCP sədri Əli Kərimli isə hesab edir ki, prezidentin Putinlə imzaladığı yeni bəyannamə Şuşa bəyannaməsi ilə eyniləşdirilib. 

"Rusiya öz ordusunu Qarabağa sülhməramlı adı altında gətirdiyi ilk gündən biz belə bir təhlükənin olduğunu bəyan etmişik.Rusiya çalışacaq ki, həmin sülhməramlılar Qarabağda uzun müddət qalsın. Rusiyanın planı bundan ibarətdir. Dəfələrlə Rusiyanın ictimai-siyasi fiqurları  dəfələrlə  Rusiya ordusunun Qarabağa  5 illik gəlmədiyini bildirib.  Onlar orada çox böyük baza qururlar, tikililər tikirlər, parklar salırlar, abidələr qoyurlar, Qarabağda ciddi şəkildə möhkəmlənirlər. Rusiya çalışacaq ki, müddət başa çatdıqdan sonra da Qarabağda hərbi hissədən çıxmasın. Biz Azərbaycan xalqı olaraq bunun qarşısını almaq üçün hazırlıqlı olmalıyıq. İlham Əliyevin bu günlərdə Moskvaya getməsi isə təsadüfi deyil. Putin Ukraynanın tərkib hissəsi olan Donetsk və Luqanskı ayrıca respublika kimi tanımaqla bütün dünya ilə münasibətləri daha da gərginləşdirdi.  Rusiya- Azərbaycan müttəfiqlik bəyannaməsi Azərbaycanın Türkiyə ilə imzaladığı "Şuşa" bəyannaməsini əhəmiyyətsizləşdirmək cəhdidir.  Faktiki olaraq "Şuşa bəyannaməsi"ndən imtina etmədən Rusiya elə bir mexanizm işlətdi ki, Azərbaycan yenidən Rusiya və Türkiyə ilə eyni məsafədə olsun. Bu da bizim milli maraqlarımıza ziddir".
 
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Rusiyanın bu davranışları Azərbaycan üçün gələcəkdə hər hansı risk yaratmır.
 
"Prezidentin bu günlərdə Rusiya səfəri gözlənilən idi. Rusiyanın davranışları NATO ilə əməkdaşlıqlarının pozulmasından sonra yarandı desək doğru olar. Tarixə də baxsaq bu cür hadisələr daha öncəki illərdə olub. Azərbaycanda vəziyyət tamamilə başqadır. Bizdə hərbi müttəfiqlik Türkiyə ilə bağlanıb. Rusiya ilə olan əməkdaşlıq müqviləsi isə humanitar ,iqtisadi və siyasi yönlərdə ola bilər. Daha dəqiq desək 10 noyabr razılaşmasının bir tərəfini əhatə edə bilər", deyə politoloq bildirib.

Deputat Razi Nurullayevin fikrincə isə, baş verən proseslərin Azərbaycan üçün hər hansı bir təhlükəsi olmamalıdır.


"İlham Əliyevin Moskvaya səfərinin təsadüf və ya planlaşdırılmış bir görüş olduğunu demək çox çətindir. Amma hər halda bu görüşdən Azərbaycan üçün bir təhlükə görmürəm. İnanmıram Rusiyanın bir neçə cəbhədə müharibə aparmağı, bütün dünya ilə münasibətləri korlamaq planlarına daxildir. O baxımdan mənə belə gəlir ki, 5 ildən sonra rus qoşunlarının Qarabağdan çıxıb-çıxmaması məsələsi bu ən çox Azərbaycan və Türkiyəyə bağlı məsələ olacaq. Əgər Azərbaycan və Türkiyə ilə Rusiyanın münasibətləri indiki kimi olsa Türkiyə ilə Rusiya arasında ölkələrin bir birinə inanmları olsa elə bilirəm Rusiya o zaman Qarabağda qalmağı lazım olmayacaq", deyə millət vəkili vurğulayıb.
 
Gülnar Nazimqızı 

 

 


www.anews.az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol