Ukrayna ərazisində, Yalta-Sevastopol yolunda avtomobil Azərbaycan vətəndaşları olan iki velosipedçini vurub.Krım Muxtar Respublikasının Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, sürücü hadisə yerindən qaçıb. Zərər çəkən velosipedçilər 24 yaşlı Elvin Nağıyev və 17 yaşlı Fərid Mustafazadə olub. Onlar xəstəxanaya aparılsalar da, ilkin tibbi xidmətdən sonra xəstəxanada qalmaqdan imtina ediblər. Krım Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisəni törədən “Ford Kurga” avtomobilinin qadın sürücüsünü saxlayıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !