Ukraynada daha bir rusiyalı jurnalist ölüb.
ANS PRESS-in məlumatına görə, Rusiyanın “Birinci kanal”ının operatoru Anatoli Klyan Donetsk vilayətində gedən döyüşlərdə həlak olub. O, qarnından bir güllə yarası alıb.
“Daha bir həmkarımızı itirdik. Hadisə hərbi hissələrdən birinin yanında baş verib. Kanalımızın Ukraynaya ezam olunmuş qrupu burada çəkiliş etməyə hazırlaşırdı. Qəfildən hərbi hissədən atəş açılıb. Jurnalistlər avtobuslara minərək ərazidən təxminən 500 metr uzaqlaşıb. Bir neçə dəqiqə sakitlikdən sonra yenidən atəş açılıb. Bu zaman Anatoli qarnından yaralanıb. Həmkarları onu ən yaxın tibb məntəqəsinə aparsalar da Anatolini xilas etmək mümkün olmayıb. Onun 68 yaşı var idi”, deyə “Birinci kanal”ın açıqlamasında bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !