Ukraynada milyonlarla insan soyuğa görə evlərini tərk edəcək - ÜST

Ukraynada soyuq havaların başlamasına görə 2-3 milyon insan evini tərk edə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klyüqe keçirdiyi mətbuat konfransında bildirib.
Ukraynanın hər yerində yüz minlərlə binanın qaz təchizatı yoxdur. Bu səbəbdən ukraynalılar nəinki yemək hazırlaya bilmirlər, həm də istilikdən məhrumdurlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər