Ukraynanın cənub-şərq bölgəsində qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” yaratdıqlarını elan edən separatçı rusiyameyilli qüvvələr birləşməklə bağlı qərar veriblər.
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, qondarma “respublika” rəhbərlikləri “Novorossiya Respublikası”nın vahid konstitusiya aktının qəbul edildiyini bəyan ediblər.
Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatının qalib gəlməsindən sonra rusların sıx yaşadığı Donetsk və Luqansk vilayətlərində separatçı hərəkətlər etməyə başlayıblar. Onlar rusiyameyilli fəaliyyətlərini davam etdirərək, adıçəkilən vilayətlərdə qondarma qurumlar yaradıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !