"Keşlə" klubunun (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycandan təklif alıb. Bu barədə ukraynalı mütəxəssis yerli mətbuata açıqlama verib.
O, dəvəti qəbul etmədiyini bildirib.
"Təklif xoşuma gəlmədi. Başa düşürəm, müharibə gedir və ölkəni tərk etmək düzgün deyil. Mən Ukraynada işimi davam etdirmək istərdim, amma hər şeyi zaman göstərəcək"- o deyib.
Son klubu Ukrayna "Vorskla"sı olan Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !