Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

21:00 | 11.06.2022
Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

"Şaxtyor" (Donetsk) klubunda çıxış edən Andrey Pyatov Ukrayna millisindəki karyerasını başa vurur.

38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Oyunçu Ermənistana qarşı UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda sonuncu dəfə yığmanın formasını geyinə bilər.

Andrey Pyatov 2007-ci ildə millidə debüt edib. Bu gün keçiriləcək Ukrayna - Ermənistan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti