Ukraynaya qaçan rus əsgərindən şok açıqlama - VİDEO

22:00 | 25.07.2014
Ukraynaya qaçan rus əsgərindən şok açıqlama - VİDEO

Ukraynaya qaçan rus əsgərindən şok açıqlama - VİDEO

Rus ordusunun əsgəri Andrey Balabanov könüllü şəkildə Ukrayna tərəfinə təslim olub.
 
Axar.az xəbər verir ki, Balabanov verdiyi açıqlamasında bir sıra maraqlı fikirlər səsləndirib.
 
Onun sözlərinə görə, Rusiya tərəfi Donetsk və Luqanska peşəkar hərbi mütəxəssislər, silah və zirehli hərbi texnika göndərir.  
 
Əsgər bildirib ki, Rusiyanın qonşu dövlətə qarşı işğalçılıq planlarına etiraz etdiyi üçün Ukraynadan siyasi sığınacaq istəməyə gəlib: “Rusiya may ayından bəri Rostov vilayətində Ukrayna sərhədi yaxınlığında hərbi hissə yerləşdirib. Hər gün komandirlər əsgərləri inandırır ki, onları Ukraynadakı rusdilli əhalini qorumaq üçün hazırlaşdırırlar. Hərbi hissə Baş Kəşfiyyat İdarəsinin peşəkar hərbçiləri və Şimali Qafqazdan olan döyüşçülərlə komplektləşdirilir. Terrorçuları dəstəkləmək üçün Ukrayna ərazisinə hərbi zirehli texnikalar göndərilir”.
 
Balabanov Ukraynaya keçməsinin səbəbini açıqlayıb: “mən qardaş qırğınında iştirak etmək istəmədiyim üçün Ukrayna tərəfinə keçdim. Bu mənim Rusiya rəhbərliyinin siyasətinə qarşı etirazımdır”.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb