Bu qanun vətəndaşları nəzərə almır - Deputatlar qanuna dəyişiklik edilməsini istəyir

12:18 | 01.06.2023
Bu qanun vətəndaşları nəzərə almır - Deputatlar qanuna dəyişiklik edilməsini istəyir

Bu qanun vətəndaşları nəzərə almır - Deputatlar qanuna dəyişiklik edilməsini istəyir

Ultilizasiya haqqında ayrıca qanun olmalıdır. Bunu deputat Vüqar Bayramov iyunun 1-də keçirilən  Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

"Xarici təcrübəni nümünə göstərildi. Amma məndə olan məlumata görə xarici təcrübədə bu ayrınca qanundur. Təklif edirəm ki, bizdə də bu ayrıca qanun kimi baxılıb qəbul olunsun”, - deputat bildirib. 

Bayramovun sözlərinə görə bu qanun avtomobillərin bahalaşmasına səbəb olacaq. 

Millət vəkili Əli Məsimli də bu qanunun yenidən hazırlanmasının vacibliyini bildirib. 

Deputat Asim Mollazadə hesab edir ki, bu qanunun olmasının məqsədi vətəndaşlardan daha çox pul yığmaq üçündür. 

"Ətraf mühitin mühafizəsindən söhbət gedirsə ilk öncə yük avtomobilləri və SSRİ dövründən qalan avtobuslardan danışmalıyıq. Hazırkı durumda məqsəd vətəndaşlarımızdan daha çox pl yığmaqdır. Qanun üzərində işləmək lazımdır. Məsələn bu qanunda 50-60 il tarixə malik avtomobillər necə tənzimlənəcək. Ultilizasiya ilə bağlı sistem də mövcud deyil. Vətəndaşları düşünməliyik. Qanun birbaşa qiymətləri artıracaq”, - deputat vurğulayıb. 
 
Deputat Məzahir Əfəndiyev də bu qanunun bir çox bəndləri üzrə dəyişiliklər edilməsinin ehtiyac olduğunu söyləyib. 
 
"Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib ki? utilizasiyaya təqdim olunan avtomobillər yararlılıq müddətini itirmiş olacaq və bu zaman vətəndaş üçün başqa çıxış yolu qalmayacaq. Bu da o deməkdir ki, həmin avtomobil istismara tam yararsız hesab olunacaq. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM