• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Unibankın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var?

Unibankın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var?
05.09.2023 15:33
Unibank tərəfindən buraxılan yüksək gəlirli manat istiqrazları Bakı Fond Birjasında uğurla listinqdən keçib və istiqrazların yerləşdirilməsi sentyabrın 7-də baş tutacaq. Hərrac BFB-nin  premium bazar seqmentində birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə), "Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyilə həyata keçiriləcək. Emissiya ilə bağlı suallarımızı "Unicapital İ.Ş.” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb. 


- Yüksək likvidliyə və illik faiz dərəcəsinə malik manat istiqrazlarının dövriyyəyə buraxılması investorlar tərəfindən necə qarşılanıb?


Bildiyiniz kimi illik faiz dərəcəsi 11,5%, ümumi həcmi 20 milyon manat olan Unibank istiqrazları BFB-da uğurla listinqdən keçdi. Premium bazar seqmentində yerləşdirilən istiqrazlara istər hüquqi, istərsə də fiziki şəxslər tərəfindən maraq olduqca böyükdür. Bu buraxılış şirkətimizin anderrayterlik etdiyi, ölkənin ən köklü kommersiya banklarından olan "Unibank”ın ilk qiymətli kağız buraxılışı deyil. Sözü gedən buraxılışı digərlərindən fərqləndirən əsas üstünlüklər isə münasib nominal dəyərə və yüksək faiz dərəcəsinə malik olmasıdır.


- Unibank istiqrazlarına fiziki şəxslər tərəfindən böyük maraq göstərilməsinin əsas səbəbləri hansılardır? 


Əvvala Unibank istiqrazlarının fiziki şəxslər tərəfindən bu qədər böyük rəğbət və maraqla qarşılanması şirkətimiz üçün gözlənilən idi. Bildiyiniz kimi Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, bu ilin fevralından etibarən fiziki şəxslər qiymətli kağız alışı zamanı 10% gəlir vergisindən azaddırlar. Bundan əlavə yalnız fiziki şəxslər üçün sözü gedən istiqrazlara şamil olunan başqa bir güzəşt də ondan ibarətdir ki, Unibank istiqrazının fiziki şəxslər tərəfindən alışı zamanı bütün komissiyaları emitent (Unibank KB) özü qarşılayır. Alış zamanı fiziki şəxslərdən heç bir komissiya tutulmur. Bütün bunların fonunda qiymətli kağızın nominal dəyərinin 100 AZN olması, illik faiz dərəcəsinin 11,5% olması və ödəniş tezliyinin 3 aydan bir icrası fiziki şəxs üçün Unibank istiqrazlarını çox cəlbedici investisiya aləti edir. 


- Hal-hazırda bu istiqrazların alışı mümkündürmü?


Bəli, artıq qiymətli kağızların alışı üçün müraciətlər qəbul olunur. Unibank istiqrazlarını ilkin buraxılışda əldə etmək istəyən şəxslər aşağıdakı linkə keçərək, öncədən müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari. İstiqrazların yerləşdirilməsi 7 sentyabr 2023-cü il tarixində baş tutacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol