Urmiyada 10 nəfər edam edildi

22:23 | 19.06.2014
Urmiyada 10 nəfər edam edildi

Urmiyada 10 nəfər edam edildi

Ötən həftə İranın Qərbi Azərbaycan vilayətində 10 nəfər edam edilib.
 
APA-nın verdiyi məlumata görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb.
 
Məhbuslardan 6 nəfəri iyunun 11-də, 4-ü isə iyunun 14-də səhər saatlarında Urmiya Mərkəzi Həbsxanasında edam ediliblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. Ancaq bu edamlarla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyiblər. Ancaq İSNA yalnız 12 nəfər məhbusdan iki nəfərinin edam cəzalarının icra edilmədiyini xəbər verib.
 
Qeyd edək ki, Həsən Ruhaninin ötən il avqustun 4-də İranda hakimiyyət başına gəlməsindən martın 21-dək olan müddətdə ölkədə 470 nəfər edam edilib. Ancaq İran rəsmi mətbuatı və müvafiq orqanları artıq edamlarla bağlı məlumat verməkdən imtina edir, yalnız işinə yenidən baxılması üçün son anda dar ağacından geri göndərilən məhbuslarla əlaqədar xəbərləri yayırlar. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti