• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Uşaqpulu ilə bağlı yeni - TƏKLİF

Uşaqpulu ilə bağlı yeni - TƏKLİF
11.09.2019 12:05
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hesab edir ki, uşaqpulunun verilməsi ilə bağl fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğundur. 

Anews.az xəbər verir ki, bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, uşaqpulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaq pulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar olub.

"Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. CESD bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir.

Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu üçün gəliri az olan ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğn hesab oluna bilər".

İqtisadçı ekspert əlavə edib ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasıya haqqında qanunun qəbul edilməsinə ehtiyac var: "Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçüları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq pulunu ehtiyacı olan ailəlıri müəyyənləşdirmısi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayın uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək".

Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq.(baku ws)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
İqtisadiyyat 17:43
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
İqtisadiyyat 17:12
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 16:59
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
İqtisadiyyat 10:41
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:30
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:27
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:48
Azərbaycan nefti ucuzlaşıb
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi
İqtisadiyyat 15:54
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
İqtisadiyyat 15:42
Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol