Uyğur türkləri ilə Çin polisi arasında növbəti qarşıdurma

21:58 | 30.12.2013
Uyğur türkləri ilə Çin polisi arasında növbəti qarşıdurma

Uyğur türkləri ilə Çin polisi arasında növbəti qarşıdurma

Çinin Sincan Uyğur Muxtar Respublikasının Kaşqar vilayətində Çin polisi ilə yerli əhali arasında növbəti qarşıdurma yaranıb.Bu gün səhər saatlarında qəsəbələrdən birində 9 nəfər naməlum şəxsin bıcaq və dəyənəklərlə polis bölməsinə hücum etdiyi və bir polis maşınını yandırdığı bildirilir.Hücumun qarşısını almaq istəyən polis əməkdaşlarının açdıqları atəş nəticəsində 8 nəfər öldürülüb, 1 nəfər isə həbs edilib.Çin mətbuatının yazdığına görə, ölənlərin və həbs olunan şəxslərin kimliyi və hadisənin səbəbləri ilə bağlı araşdırılma aparıldığından hələlik heç bir açıqlama verilmir.ANS Press
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM