Vaşinqtonda Kapitoli mühasirəyə alındı

19:00 | 08.07.2016
Vaşinqtonda Kapitoli mühasirəyə alındı

Vaşinqtonda Kapitoli mühasirəyə alındı

Polis silahlı olduğu güman edilən qadının axtarışlarını aparıb.

Vaşinqtonda polis Kapitoli binasını mühasirəyə alıb. ANS PRESS-in məlumatına görə, bu barədə konqresmen Seung Min Kim öz Twitter mikrobloqunda yazıb. Bir müddət sonra CNN 30 dəqiqə davam edən həyəcanın ləğv edildiyi haqqında məlumat yayıb.

"Reuters"in məlumatına görə, mühasirəyə alınan ərazidə polis silahlı olduğu güman edilən qadının axtarışlarını aparıb. Digər məlumatlara görə isə, odlu silah Kapitolinin əməkdaşında olub.  

Bu ilin aprelində Vaşinqtonda kapitolinin ziyarətçilər üçün nəzərdə tutulan mərkəzində silahlı şəxs atəş açıb. Saxlanılan kişiyə qarşı silahlı hücüm ittihamı ilə cinayət işi açılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM