• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Vatikan: "Ölənlərin külünü evdə saxlamayın"

Vatikan:
26.10.2016 14:58
Vatikan mömin katoliklərə yaxın və doğmalarının küllərini evdə saxlamağı və ya səpələməyi qadağan edib.

Romada keçirilmiş mətbuat konfransında deyilib ki, ölənlərin külləri yalnız qəbristanlıq kimi yerlərdə saxlana bilər.

ANN.Az BBC-yə istinadən bildirir ki, ölənlərini dəfn etməkdənsə kremasiya etməyə üstünlük verənlərin sayının artması ilə bağlı kilsə katolikləri "dinə zidd olan ideyalardan" çəkinməyə çağırıb.

Kardinal Gerhard Müller bunu da əlavə edib ki, ölənlərin torpağa basdırılması onların yandırılmasından daha məsləhətlidir.

"Biz torpaqdan gəlmişik və torpağa qayıtmalıyıq", - kardinal deyib.

O bildirib ki, kilsə ölənlərin torpağa tapşırılmasını tövsiyə edir.

Kardinal Müller deyib ki, kilsə ölənlərin kremasiyasına 1963-cü uldən bəri icazə versə də, getdikcə daha çox insan yaxınlarının küllərini evdə saxlayır.

"Ölənlərin külü yalnız kilsədə, qəbristanlıqda və ya dəfn üçün ayrılmış yerlərdə saxlana bilər, - kardinal deyib. - Evdə kül saxlamağa icazə verilmir".

Kardinal bildirib ki, ölənlərinin küllərini havaya, torpağa və suya səpələmək panteizm və bütpərəstliyin əlamətidir və kilsə tərəfindn qadağan edilib.

O deyib ki, mərhumların külü evlərdə fövqəladə hallarda, o da yepiskopun icazəsi ilə saxlana bilər.

Bəziləri bu dünyadan köçmüş əzizlərinin küllərini evlərində xüsusu qutularda saxlayır, ya da onların öz vəsiyyətlərinə uyğun olaraq vaxtilə sevdikləri yerlərə səpələyirlər.

Ölənlərdən xatirə olaraq onların külləri bəzən boyalara qatılır və bu qarışıqla tablolar yaradılır.

Bəziləri isə yaxınlarının küllərini musiqi vallarına presləyib saxlayırlar ki, bəzən onların "ruhlarına" qulaq asa bilsinlər.

İnsan külündən zinət əşyaları sifariş edənlər və onları atəşfəşanlıqda göyə atanlar da tapılır.

Vatikanın qadağanı hər il noyabrın 2-də yad edilən Bütün Ruhların Günü ərəfəsində elan edilib. Həmin gün möminlər ölənlərin ruhuna dua oxuyurlar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol