Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq almaq istəyir

21:00 | 17.03.2015
Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq almaq istəyir

Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq almaq istəyir

Bu məsələdə həyat yoldaşı onu dəstəkləyir.

Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq almaq istəyir. 

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə o bu gün Kiyevdə mətbuat konfransında deyib. 

Müğənninin sözlərinə görə, bu məsələdə həyat yoldaşı onu dəstəkləyir.

"Dünən həyat yoldaşıma dedim ki, gəl, siyasi sığınacaq istəyək. O, dedi ki, yaxşı”, - o bildirib.

Vaxtanq Kikabidze həmçinin qeyd edib ki, Ukrayna hökumətində yeni gürcü nazirlər ölkəyə böhrandan çıxmağa kömək edəcəklər. 

"Mən onların hamısını tanıyıram və hesab edirəm ki, sizdə çox yaxşı komanda yığılıb. Məsələn, Zquladze çox ağıllı və gələcəyi parlaqdır. Mən əminəm ki, onlar Ukraynanı böhrandan çıxarmaq üçün maksimum səy göstərəcəklər”, - müğənni əlavə edib. 

Qeyd edək ki, Vaxtanq Kikabidzeyə Ukraynada "İlin adamı” mükafatı təqdim olunacaq. 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti