Bakı Dəmir Yolu Vağzalının şəhər kənarına köçürülməsi məsələsi gündəmdən çıxarılıb. Bu barədə bakupost.az-a Nəqliyyat Nazirliyinə məxsus “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) müəyyən təklifləri olsa da, onlar elə təklif olaraq qalıb və çox güman ki, vağzal yaxın illərdə köçürülməyəcək.Xatırladaq ki, DŞAK-ın hazırladığı Planda vağzalın ərazisinin azaldılması, orada şəhərətrafı elektrik qatarlarının gəlib-getməsi üçün iki dəmir yolu xəttinin saxlanılması nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !