Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək

Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların bir iş günü müddətində qaytarılmasını təmin edəcək.
www.anews.az