• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verildi

Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verildi
01.12.2016 14:50
Vergitutma sahəsində fəaliyyətinin qeydiyyatda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində "Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.
 
Vergilər Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan "Şəffaf Vergi Partnyorluğu” idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb. Nazirlikdən verilən məlumata görə, şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcək. "Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.
 
Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.
 
Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcək. İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaq”, - deyə nazirlikdən qeyd edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bitkoin” bahalaşıb
İqtisadiyyat 22:08
“Bitkoin” bahalaşıb
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
İqtisadiyyat 17:13
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
“Unibank”dan AZAL-a transfer
İqtisadiyyat 16:01
“Unibank”dan AZAL-a transfer
Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
İqtisadiyyat 15:43
Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
İqtisadiyyat 15:39
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!
İqtisadiyyat 15:29
ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!
Azərbaycan tərəvəz ixracını artırıb
İqtisadiyyat 13:23
Azərbaycan tərəvəz ixracını artırıb
Qızılın qiyməti dolların zəifləməsi fonunda 3.300 dolları keçib
İqtisadiyyat 09:45
Qızılın qiyməti dolların zəifləməsi fonunda 3.300 dolları keçib
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:44
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol