"APA-Economics”in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov deyib.
Onun sözlərinə görə, bu strukturlar növbəti ildən müxtəlif sahələrdə fəaliyyət göstərəcək.
Nazir əlavə edib ki, elektron ticarət sahəsində vergi inzibatçılığının tətbiqi istiqamətində də iş gedir: "Günün tələbinə uyğun olaraq, elektron ticarət bu gün demək olar ki, real ticarət dövriyyəsinin çox böyük hissəsini əhatə etməyə başlayıb. Biz bu göstəricini dəqiq bilmirik. Bunlar da birbaşa fiziki şəxslərin adlarına gəlir. Əlbəttə, biz bunun əleyhinə deyilik. Amma Azərbaycanda ÜDM-in, ticarət dövriyyəsinin, ümumi istehlak bazarının hesablanması və digər məsələlər baxımından elektron ticarətin uçotu, qeydiyyatı çox əhəmiyyətlidir. Hazırda bunun üzərində çalışırıq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !