Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub- NAZİR

17:51 | 24.08.2023
Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub- NAZİR

Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub- NAZİR

Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub. Bunu xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
 
"Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atır", -  Ceyhun Bayramov əlavə edib.
 
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. 

2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib. 

2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM