Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

09:48 | 08.04.2015
Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rotu Azərbaycana dəvət edib.

"Report" xəbər verir ki, professor Martin Rot və onu müşaiət edən köməkçisi Yekaterina Taşeva aprelin 8-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.
Qeyd edək ki, Professor Martin Rot aprelin 9-da Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti