• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Vilayət Eyvazov bu QƏRARa dəyişiklik etdi

Vilayət Eyvazov bu QƏRARa dəyişiklik etdi
08.08.2020 10:30
"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.


Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.
Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.

Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.
Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan "səhiyyə orqanının tibbi rəyi” sözləri, "tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.
Qərar iyulun 31-dən qüvvəyə minib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol