Vüqar və Elnur Məmmədovlar həbs olundu

22:07 | 24.07.2023
Vüqar və Elnur Məmmədovlar həbs olundu

Vüqar və Elnur Məmmədovlar həbs olundu

"Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov  və Elnur Məmmədov məhkəmə qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.

""Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov  və Elnur Məmmədov  tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılııb.

Aşkar edilən hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib",- açıqlamada qeyd edilib.

Qərara görə hər iki şəxs bir ay müddətinə həbs edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM