"Washington Post": Polis 5 ayda 385 adam öldürüb

11:49 | 01.06.2015

"Washington Post": Polis 5 ayda 385 adam öldürüb

ABŞ-ın nüfuzlu qəzeti "Washington Post" son 5 ay ərzində polis tərəfindən öldürülənlərin statistikasını təqdim edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-da son 5 ay ərzinə öldürülənlərin əksəriyyəti ölkə vətəndaşıdır. Bir gün ərzində ABŞ polisi orta hesabla 2 nəfərin ölümünə səbəb olur. "Washington Post"un qənaətinə görə, bu rəqəm əvvəlki illərin rəsmi statistikasından iki dəfə çoxdur. Qəzetin internet səhifəsində yerləşdirilən hesabatda qeyd olunur ki, bu statistika polis məlumatları və vətəndaş cəmiyyətlərinin xəbərləri əsasında hazırlanıb. 

Polis şüddətinin qurbanlarının üçdə ikisinin azlıqlar olduğunu bildirən "Washington Post" öldürülənlərin 171-nin ağdərili, 100-nün qaradərili, 54-nün ispan, 6-nın asiyalı, 3-nün isə digər millətlərdən, 31-nin isə kimliyi bilinməyən olduğunu açıqlayıb.


Hesabatda o da qeyd olunub ki, son 5 ayda öldürülən 385 adamın 20-i qadındır. 

Qurbanların 80 faizi odlu silah, yaxud silah hesab olunan deşici və kəsici alətlərlə qətlə yetirildiyi bildirilir. Hesabata görə, öldürülən 49 adamın hər hansı silah gəzdirməyib, 13 nəfərin əlindəki isə oyuncaq silah olub. 

Qəzetin yazdığına görə,  son 5 ayda öldürülənlərin 8 nəfəri 18 yaşdan kiçik olub, əksəriyyət isə 25-34 yaş arasında müəyyən edilib.

"Washington Post" yazır ki, indiyə qədər baş verən ölüm hallarının yalnız 3-də polis əməkdaşları günahkar bilinib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM