• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

“WhatsApp” mobil operatorları çökdürüb - Azərbaycanda

“WhatsApp” mobil operatorları çökdürüb - Azərbaycanda
14.11.2014 23:42
Azərbayanda“WhatsApp”, “Viber” və ya “Skype” kimi proqramlardan, eləcə də, sosial şəbəkələrdən istifadənin artması mobil operatorlara ciddi problemlər yaratmağa başlayıb. Bu proqramlar yayıldıqca, ənənəvi mobil xidmətlər, yəni mobil danışıqlar və SMS-lərin, ən əsası rouminq xidmətləri azalır.    SMS-lər 50%, telefon danışıqları 30% azalıbİnternetin inkişafı və messencer proqramlarının geniş yayılması nəticəsində Azərbaycanda mobil telefon danışıqlarının həcmi 30%-ə qədər, SMS-lərin sayı isə təqribən 2 dəfə azalıb. Bu barədə fins.az-a informasiya texnologiyaları üzrə mütəxəssis Cümşüd Əliyev bildirib.Qeyd edək ki, söhbət “WhatsApp”, “Viber” və ya “Skype” kimi mobil əlavələrdən, eləcə də, sosial şəbəkələrdən gedir. Bu əlavələr ənənəvi mobil xidmətlərdən qat-qat ucuz başa gəlməklə yanaşı, həm də istifadəçilər üçün daha böyük imkanlar yaradır. Belə ki, ənənəvi danışıq və mesajlardan fərqli olaraq “WhatsApp”, “Viber” və ya “Skype” proqramlarla yazılı, səsli və video mesajlar, şəkillər və s. göndərək mümkündür.C.Əliyevin sözlərinə görə, smartfon istifadəçiləri artdıqca messencer proqramlarından daha çox istifadə olunur: “Planşetlərdə və kompyuterlərdə də belə əlavələrin yaradılması messeencerlərə marağı daha da artırır. Çünki onların köməyi ilə,  məsələn, iş yerində ətrafdakılara mane olmadan və zəng etmədən istədiyin şəxslə əlaqə saxlayıb məlumat almaq our. Bu da mobil telefonlardan istifadəni azaldır".Qeyd edək ki, artıq dünya bazarında messencerlər ənənəvi SMS-ləri iki dəfə üstələyib. “İnforma” agentliyinin hesabatına görə, hazırda“WhatsApp”, “Viber” və ya “Skype” kimi proqramlar vasitəsilə gündə 50 milyard mesaj ötürüldüyü halda,  SMS vasitəsilə göndərilən mesajlar 21 milyard olub. “Facebook” kimi milyardı keçən sosial şəbəkələrdə isə gündəlik mesaj ötürülməsi yüz milyonlarla ölçülür. Nəticədə mobil operatorların SMS-dən götürdüüləri gəlirlər kəskin azalıb.    Rouminq danışıqları da azalıbYeni proqramlar mobil operatorların əsas gəlir mənbələrindən birini - rouminq xidmətlərini də sarsıdıb. "TeleGeography"nin məlumatına görə, təkcə “Skype” proqramı dünyadakı bütün beynəlxalq danışıqların 3-də birini təmin edir. Bu özünü Azərbaycanda da göstərir. C.Əliyev bildirir ki, artıq xaricə gedənlərin böyük əksəriyyəti yaxınları ilə adi telefon danışıqları və SMS-lərlə deyil, messencerlər vasitəsilə əlaqə saxlayırlar: "Rouminq qiymətləri həddən artıq şişirdilib və xaricə səfər edənlər bundan çox əziyyət çəkirlər. Ona görə də, rouminq danışıqlardansa bu tip əlavələrdən istifadə eləmək daha sərfəlidir”. Bunun üçün ətrafda internet (Wi-Fi) olması kifayətdir: "Demək olar ki, heç bir xərc çəkmədən istədiyin vaxt əlaqə yaratmaq olar. Bəzi mesencer əlavələrindən hətta mobil və şəhər telefonlarına çox ucuz qiymətə zəng eləmək olar”.    Ümid geridə qalmış müştərilərədirDoğrudur, messencer proqramları sürətlə yayılsa da, hələlik danışıqların böyük hissəsi ənənəvi rabitə tariflərinin payına düşür. C.Əliyev bildirir ki, istifadəçilərin 50-60%-i ağıllı telefonlardan və adıçəkilən əlavələrdən tam istifadə edə bilmir. Ona görə də, klassik xidmətlərdən istifadə edirlər. Bu da hələlik mobil operatorların gəlirlərini təmin edir.    Nazirlik: mobil tariflər ucuzlaşmalıdırMessencerlərin mobil operatorlara zərər vurduğunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də etiraf edirlər: “alternativ danışıq və ismarıcların mübadiləsi ənənəvi rabitə xidmətlərinin həcminə kifayət qədər təsir etməkdədir". Mobil operatorların özlərində də etiraf edirlər ki, “yeni tətbiqlərin meydana çıxması ilə bağlı dünyada müşahidə olunan ümumi tendensiya bizə də aiddir".İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz fins.az-a bildirir ki, yeni texnologiyaların inkişafı mobil operatorları çətin vəziyyətə çalıb: “Bütün dünyada olduğu kimi bizdə də mobil operatorların ən qorxduğu rəqib internetdir. Çünki internet üzərindən ani mesajlaşma, səsli və ya görüntülü danışıq proqramlarının həm sayı və imkanları, həm də istifadəçiləri artır".Nazirlikdə etiraf edirlər ki, mobil operatorlar vəziyyətdən çıxmaq üçün qiymətləri ucuzlaşdırmalıdırlar: "Mobil rabitə tariflərinin aşağı salınması üçün RYTN tərəfindən mobil rabitə operatorlarına tövsiyələr verilir". Doğrulur. ilin əvvəlinlən mobil operatorlar bəzi kampaniyalara başalyıblar. Amma O.Gündüz vəziyyəti düzltmək üçün bunu yetərli saymır: "Məsələn, SMS-ləri pulsuz edə bilərlər, danışıq tariflərini azalda bilərlər, yeni xidmətlər təklif edə bilərlər. Amma onlar çox bəsit və müştəriyə sərfəli olmayan kampaniyalar keçirirlər. Bu da müştərilərin digər vasitələrə əl atmasını sürətləndirir".Hazırda operatorlar sms-lərin qiymətini kəskni endiriblər, bir çoxları bunu gecikmiş addim kimi qiymətləndirirlər. C.Əliyev də bu fikirdədir: “Bəli bu, gecikmiş haldır. Bunun bir səbəbi də mobil operatorların texniki avadanlıqlarının yenilənməməsi səbəbindən baş verir. Gəlirlər azaldığına görə, şirkətlər yeni texnologiyalar tətbiq edə bilmir, kohnə vasitələrdən istifadə etməyə məcbur olurlar. SMS-in qiymətinin azalması, hətta kampaniyalar çərçivəsində onları pulsuz paylamaqla operatorlar guya bu xidmətdən istifadə edildiyini göstərirlər. Bundan əlavə, operatorlarla çoxdan birgə fəaliyyət göstərən xidmət provayderləri var ki, bu SMS xidmətindən məharətlə istifadə edərək gəlir götürürlər".    Mobil operatorların "qara günləri" qabaqdadır

Amma Osman Gündüzün fikrincə, bu vəziyyət uzun sürməyəcək - mobil messencerlərin sayının artması mobil operatorların vəziyyətini getdikcə çətinləşdirib onların sıradan çıxaracaq: “Gedişat göstərir ki, yaxın gələcəkdə bizim indiki gördüyümüz klassik mobil operator anlayışı olmayacaq. Klassik mobil operatorlar bazardan çıxacaqlar. Əgər insanların əlində, “Skipe”, “Facebook”, “Whatshaap”, “Line” və sair internet hesabları varsa, onlar əlaqə yaratmaq üçün bundan istifadə edəcəklər”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol