“WhatsApp”a yeni funksiya əlavə edilib

23:23 | 16.07.2024
“WhatsApp”a yeni funksiya əlavə edilib

“WhatsApp”a yeni funksiya əlavə edilib

"WhatsApp” tərtibatçıları messencerin beta versiyasına "AI Studio”da "Meta” süni intellekt əsasında fərdiləşdirilmiş söhbət botları yaratmaq imkanı əlavə ediblər.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Yenilik "WhatsApp”ın "Android” üçün 2.24.15.10 nömrəsi ilə beta versiyasında müşahidə edilib. Mənbənin dərc etdiyi ekran görüntüsünə əsasən, testçilər "AI Studio”nu və istənilən konkret tapşırıq üçün müxtəlif fərdiləşdirilmiş chatbotları sınaya bilərlər.

İndiyə qədər söhbət robotları olan "AI Studio” bölməsi yalnız "Android” üçün "WhatsApp”ın bəzi beta testçiləri üçün əlçatandır. Yeniliyin digər platformalardakı bütün messencer istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik açıqlanmayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM