• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan prezidenti “Qazprom”la əməkdaşlıq etmək istəyir

Gürcüstan prezidenti “Qazprom”la əməkdaşlıq etmək istəyir
25.10.2015 09:30
Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətin növbəti iclasının gündəliyinə Rusiyanın "Qazprom” şirkəti ilə əməkdaşlıq və danışıqlar məsələsini daxil etməyi növbəti dəfə tələb edib.

Qeyd edək ki, prezidentin bundan əvvəl irəli sürdüyü analoji tələbi KİV və müxalifət tərəfindən kəskin etiraza səbəb olmuşdu. Bu barədə APA "RİA Novosti”yə istinadən xəbər verir.   
 
Qeyd edək ki, sentyabrda Gürcüstanın energetika naziri Kaxa Kaladze"Qazprom” nümayəndələri ilə görüş keçirib. O, Gürcüstana Azərbaycandan ölkəyə olunan tədarüklə rəqabət edə biləcək qiymətin təklif ediləcəyi təqdirdə Rusiya qazının tədarük həcminin artırıla biləcəyini istisna etməmişdi. Lakin bu danışıqlar Gürcüstan müxalifəti və bəzi KİV-lər tərəfindən ciddi tənqid atəşinə tutulmuşdu.  Gürcüstan müxalifəti etiraz aksiyası keçirərək dərhal "Qazprom”la danışıqlara son qoymağı tələb etmişdi.
 
"Biz yüksək vəzifəli məmurlardan bu məsələ ilə bağlı çoxlu bir-birinə zidd olan versiyalar eşitdik. Biz bu strateji əhəmiyyətli məsələyə dair məlumatın açıqlanmasını istəyirik.  Bizə müəyyən yüksək vəzifəli şəxslərlə danışıqların aparılmasına və məsələyə aydınlıq gətirilməsinə dair çağırış olundu. Belə danışıqlar çox olub, lakin məsələ bizim üçün hələ də aydınlaşmayıb. Bu səbəbdən "Qazprom” məsələsinə hökumətin iclasında baxılmasına dair tələbimiz qüvvədə qalmaqdadır”, deyə prezidentin müşaviri Pikriya Çixradze bildirib.    
 
Qeyd edək ki, oktyabrın ortalarında Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumət administrasiyasına müraciət edərək hökumətin iclasında enerji təhlükəsizliyi və enerji daşıyıcıların tranziti məsələsinə baxılmasını xahiş edib.  Energetika naziri Kaxa Kaladze isə məsələnin müzakirəyə çıxarılmasına ehtiyac olmadığını bildirib. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol