• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da keçirilən seçkilərdə respublikaçılar qalib gəldi

ABŞ-da keçirilən seçkilərdə respublikaçılar qalib gəldi
05.11.2014 11:08
Prezident Obama prezidentlik müddətinin qalan hissəsində Konqresdə güclü müxalifətlə üz-üzə qalacaq

ABŞ-da keçirilən ara seçkilərin ilkin nəticələrinə əsasən respublikaçılar Senatda çoxluq əldə ediblər. ANN.Az APA-ya istinadən bildirir ki,respublikaçılar son 8 ildə ilk dəfə Konqresin hər iki palatasında çoxluğa nail olublar. Bu isə Barak Obamanın prezidentlik müddətinin qalan hissəsində həm daxili, həm də xarici siyasətdə çətinlik və maneələrlə üzləşəcəyini göstərir. Respublikaçıların xarici siyasətdə xüsusən Rusiyaya qarşı sərt mövqe tutması məlumdur. İlkin nəticələrə əsasən respublikaçılar Senatda 100 yerdən 55-ni tuta bilər. Ötən tərkibdə onlar 45 yerə sahib idi. Respublikaçılar Qərbi Virciniya, Cənubi Dakota, Montana, Arkanzas, Kolorado, Ayova, Şimali Karolina kimi ştatların təmsilçilik hüququnu demokratların əlindən alıblar. Artıq demokratların Senatdakı lideri Harri Rid respublikaçıların lideri Mitç Makkonnelli təbrik edib.Nebraska ştatından Senata respublikaçı Ben Sasse, Nümayəndələr Palatasına isə Ceff Fortunberri seçilib. Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı C. Fotunberri Azərbaycanın ABŞ üçün vacib tərəfdaş olduğunu vurğulayıb. Qeyd edək ki, ara seçkilər iki ildən bir keçirilir və bunun nəticəsində Nümayəndələr Palatası (435 yer) yenidən formalaşır, Senatın (100 yer) isə üçdə biri yenilənir. Seçkilərin nəticələri rəsmən dekabr ayında təsdiqlənəcək.

ANN.Az 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol