• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Kobaniyə Azərbaycandan snayperlər aparıb

İŞİD Kobaniyə Azərbaycandan snayperlər aparıb
03.11.2014 13:32
Türkiyə üzərindən peşmərgələrin YPG yaraqlılarına (PKK-nın qolu) kömək üçün Suriyaya keçməsindən sonra “İslam Dövləti” (İŞİD) bir aydan çoxdur qanlı döyüşlərin getdiyi Kobaniyə nəzarəti ələ keçirmək üçün hücumları şiddətləndirib.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, peşmərgələrin və Azad Suriya Ordusu yaraqlılarının köməyə getməsindən sonra İŞİD qüvvələrini Kobanidən vurub çıxarmaq üçün hücum hazırlıqları aparılır.
Lakin İŞİD kürd yaraqlıları qabaqlayaraq Türkiyə ilə sərhəddəki Murşitpınar sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirmək, beləliklə də Kobanini tam mühasirəyə almaq üçün hücumları bu  nöqtəyə yönəldib.
Bu hücumlar zamanı İŞİD həm kamikadze hücumlarından, həm də snayperlərdən istifadə etməyə başlayıb. Xəbərə görə, İŞİD-in Azərbaycan, Çeçenistan və Özbəkistandan çoxlu sayda peşəkar snayper aparıb və onların köməyi ilə YPG yaraqlılarının mövqelərini müntəzəm atəş altında saxlayır.
Həmçinin bomba yüklü maşınlarla həyata keçirilən kamikadze hücumlarına daha asan həyata keçirilən motosikletli bomba hücumları əlavə olunub.
Peşmərgə və Azad Suriya Ordusunun köməyə gedən dəstələri, habelə beynəlxalq koalisiyanın endirdiyi hava zərbələri hələlik Kobanidəki vəziyyəti əsaslı şəkildə dəyişdirə bilməyib. Tərəflər uzaqvuran silahlarla bir-birinin mövqelərini hədəf alır.
YPG silahlılarının bazar günü Kobanidə ilk dəfə İŞİD mövqelərinə reaktiv artilleriya sistemlərindən atəş açdığı, azı 15 İŞİD-çinin öldüyü xəbər verilir. Onların arasında İŞİD-in Səudiyyə Ərəbistanından olan yüksək rütbəli komandiri də var.
Virtualaz.org
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol