• $
  • €
  • ₽
  • ₺
  • £

Roma papası təkamül nəzəriyyəsini qəbul etdi: "Allah sehrbaz deyil..."

Roma papası təkamül nəzəriyyəsini qəbul etdi: "Allah sehrbaz deyil..."
30.10.2014 18:12

Roma papası Fransis Papa Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib.

Müqəddəs ata Vatikana toplaşmış auditoriyasına deyib ki, kainatın yaranması barədə "Böyük partlayış" ("Biq Bang") nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələri qəbul edir.

Papa bildirib ki, bütün bunları qəbul etmək Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmir.

“Biz yaradılış haqqında genezisi oxuyanda belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil. O, insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb” - deyə Fransis bildirib.

Bu bəyanatla papa həmçinin insanın meymundan yaranmasına dair cəncəlli məsələdən yan ötüb. Ateistlər deyirlər ki, kainatın "Böyük partlayış"dan doğduğunu qəbul edəndə Allaha ehtiyac qalmır.

Əlbəttə, Roma papası bu mülahizə ilə razılaşmır, sadəcə olaraq Allahın sehrbaz olmadığını söyləyir.

“Allah ilahə qüvvə və ya sehrbaz deyil, lakin hər bir şeyə həyat vermiş Yaradandır. Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir” - deyə Roma papası bildirib.

Mətbuat yazır ki, belə bir düşüncə tərzi Katolik Kilsəsində yenilik deyil və katolik keşişləri papa XVI Piusdan bu yana 6 əsr ərzində ilahi təkamül ideyasını qəbul ediblər. Lakin bu təkamül əlbəttə, Ali Qüvvənin varlığının qəbul olunması ilə birlikdə məqbul sayılıb. Başqa sözlərlə, insanın yaradılması Allahın iradəsi ilə baş verib və o, ayrılıqda təkamül prosesinin məhsulu sayıla bilməz ("Azadlıq" radiosu).

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol