Hökumət binası atəşə tutuldu
Oktyabrın 28-də Skopye şəhərinin mərkəzində Makedoniyanın hökumət binası atəşə tutulub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Makedoniyanın daxili işlər naziri Qordana Yankulovska bəyan edib. Onun sözlərinə görə, binaya iki mərmi buraxılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, binaya cüzi ziyan dəyib. Yaxınlıqda yaşayan sakinlər partlayış səsini eşitdiklərini bildiriblər. Polis hadisə ilə əlaqədar araşdırma aparır. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Dünya 10:22 Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 23:57 Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 22:20 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 20:13 Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 15:23 Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:01 Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 10:34 Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:05 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 23:36 “Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək