• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”da həyat yoldaşının ikinci dəfə evləndiyindən xəbər tutdu

“Facebook”da həyat yoldaşının ikinci dəfə evləndiyindən xəbər tutdu
27.10.2014 21:22
“Facebook”da dərc edilmiş fotoşəkillər Britaniyada böyük səs-küyə səbəb olub. 55 yaşlı İvonn Qibney sosial şəbəkə vasitəsilə bilib ki, onun 49 yaşlı əri Moris toya 45 min funt xərcləyərək gizlincə başqa qadınla evlənib. "ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, cütlük 17 il birgə yaşayıb. “The Daily Mail” nəşri yazıb ki, neft biznesində çalışan Moris uzun müddətdir Omanda işləyib. İvonn təsadüfən sosial şəbəkədə şərhləri oxuyarkən Süzan Prudonun səhifəsinə daxil olub və onun həyat yoldaşı ilə şəklini görüb. Məlum olub ki, ötən ilin martında evli kişi Omanda yenidən evlənib. Toy mərasimi Böyük Britaniya səfirliyində keçirilib.  İvonn dəbdəbəli toy mərasimi haqda əlavə məlumat toplayıb və məlum olub ki, toy üçün 45 min funt xərclənib. Bundan sonra qadın polisə müraciət edib. İvonn məhkəmədə bildirib ki, əri yeni il ərəfəsində ona xəyanət edib. Belə ki, iş görüşü bəhanəsi ilə sevgilisi Süzan Prudo ilə vaxt keçirib. Qadın deyib ki, "ərini çox sevib və sevginin qarşılıqlı olduğuna inanıb". İvonn bildirib ki, xəyanətə görə o, iki ay depressiyaya düşüb və bu müddətdə işləməyib. Qadının fikrincə, bu məsələni sivil yolla həll etmək olardı: "Əgər ərim boşanmaq istədiyini bildirsəydi, artıq çoxdan bu proses başlanmışdı". Moris özünü ikiarvadlılıqda günahkar bilib: ona 2 il müddətinə möhlət hüququ verilməklə 6 ay müddətinə azadlıqdan məhrum ediblər. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol