Latviya SSRİ-nin hərbi formasını geyinən veteranları cərimələyəcək

Baltikyanı ölkələr SSRİ-dən imtina edən ilk respublikalar olub. İndi də orada sovet atributlarına qarşı ciddi mübarizə gedir.
Bizimyol.info xəbər verir ki, Latviyada İkinci Dünya Müharibəsi veteranlarına Qırmızı ordunun hərbi forması qadağan edilir. Qanun layihəsini insan haqları üzrə komissiya da dəstəklədiyini bildirib. Komissiyanın sədri Artuss Kayminş deyib ki, təkcə SSRİ-nin hərbi forması yox, alman nasistlərinin geyimi də qəbuledilməzdir.
Fiziki şəxslər qanunu pozarsa, 140 avro cərimələnəcək. Hüquqi şəxslərə cəza daha ağırdır: 1420 avro.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər