Bu sosial xidmət yalnız “Instagram” və “Facebook”a uduzur

“Techcrunch” nəşri yazır ki, “Snapchat” sosial tətbiqi amerikalı gənclər arasında populyarlığına görə üçüncü yerdə qərarlaşıb. “ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Snapchat” tətbiqi 18-34 yaşlı mobil qurğu istifadəçilərinin 32,9%-də quraşdırılıb, sosial xidmətlər arasında yalnız “Instagram” (43,1%) və “Facebook”a (75,6%) uduzur.Bu halda “Snapchat” “Twitter”, “Google+”, “Tumblr”, “Pinterest” və “Vine” kimi xidmətlərdən populyar olub.“Snapchat” tətbiqi telefonun kontakt siyahısındakı insanlara müəyyən vaxtdan sonra silinən şəkil və videoyazı göndərmək imkanı verir.ANN.Az
Son xəbərlər 
Daha çox 























