• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: Dövlət strukturlarında dəyişikliklər qaçılmazdır

Ərdoğan: Dövlət strukturlarında dəyişikliklər qaçılmazdır
09.08.2014 19:30
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçiləcəyi təqdirdə, ölkənin dövlət strukturlarında sistemli islahatlar aparacağına dair vəd verib. Trend-in məlumatına görə, bunu Baş nazir "A Haber" telekanalına müsahibəsində deyib.Onun sözlərinə əsasən, ölkənin dövlət strukturlarında sistemli dəyişikliklər qaçılmazdır.Ərdoğan qeyd edib ki, avqustun 10-na təyin edilmiş prezident seçkiləri əvvəlkilərdən məhz xalqın öz prezidentini seçməsi ilə fərqlənir.Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Türkiyə parlament idarəçiliyindən prezident üsuli-idarəsinə keçməlidir.Türkiyədə 53 milyon 17 min 214 seçici var.Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü Sülh və Demokratiya Partiyasının (BDP) sədri Səlahəddin Dəmirdaşdır.I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol