• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

25 min əsgər bu şəhərə göndərilir - TARİXİ QƏRAR

25 min əsgər bu şəhərə göndərilir - TARİXİ QƏRAR
26.12.2019 12:36
ABŞ-ın Yaponiyanın Okinava adasındakı Dəniz Piyadaları Korpusuna aid "Futenma” hərbi bazası köçürüləcək.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, baza, adanın insanların sıx məskunlaşdığı ərazidən daha az yaşadığı yerə köçürüləcək. Transfer 8,5 milyard dollara başa gələcək. Yaponiya Milli Müdafiə Nazirliyi daşınmanın büdcəsinin daha əvvəl ehtimal ediləndən ikiqat çox olduğunu açıqlayıb. Nazirlik bazanın adanın cənubundakı Ginovan şəhərindən şimalındakı Henokoya köçürülməsinin 12 ilə başa gələcəyini ehtimal edir.

ABŞ-la Yaponiya arasındakı razılaşmaya görə, köçürülmə 3 ildə tamamlanmalı, baza 2020-ci ildən sonra Yaponiyaya verilməli idi. Razılaşmada bu plan üçün 3,2 milyard dollarlıq büdcə nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Okinava əhalisinin 72,2%-i bu ilin 25 fevral tarixində bazanın köçürülməsi ilə bağlı keçirilən referendumda "yox” cavabı vermişdi. Lakin Yaponiya hökuməti ABŞ ilə əldə olunan razılaşmanı əsas gətirərək transfer planını davam etdirmək qərarını qəbul etmişdi.

Xatırladaq ki, II Dünya müharibəsində ABŞ ilə Yaponiya arasında gedən qarşıdurmalara ev sahibliyi edən Okinava, Yaponiyanın 1952-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra ABŞ tərəfindən ilhaq edilmiş, 1972-ci ildə geri qaytarılmışdı. Müharibədən sonra ABŞ əsgərlərinin cinayətləri ada xalqında böyük narahatlıq yaratmışdı. Bazanın köçürülməsi 1995-ci ildə 3 amerikalı əsgərin tələbəyə təcavüz etməsindən sonra gündəmə gəlmişdi.
ABŞ-ın Yaponiyada xidmət edən 50 mindən çox əsgərinin yarısı Okinavadadır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehranda hava çirkliliyinə görə minlərlə insan öldü
Dünya 21:41
Tehranda hava çirkliliyinə görə minlərlə insan öldü
Türkiyədə yol-nəqliyyat hadisəsində 19 nəfər yaralanıb
Dünya 21:17
Türkiyədə yol-nəqliyyat hadisəsində 19 nəfər yaralanıb

Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
Dünya 17:54
Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
Almaniya Qəzzayayardım göndərib
Dünya 17:15
Almaniya Qəzzayayardım göndərib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzaya gedib
Dünya 16:52
ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzaya gedib

Almaniya Ukraynaya "Patriot" sistemləri göndərəcək
Dünya 12:55
Almaniya Ukraynaya "Patriot" sistemləri göndərəcək
Türkiyədə mədən çöküb
Dünya 12:05
Türkiyədə mədən çöküb
Fransa Qəzzaya 10 ton humanitar yardım göndərir
Dünya 11:50
Fransa Qəzzaya 10 ton humanitar yardım göndərir
Lukaşenko Moskvada Putinlə görüşəcək
Dünya 10:19
Lukaşenko Moskvada Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol