• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski Soçi görüşündən danışıb nala-mıxa vurdu - VİDEO

Jirinovski Soçi görüşündən danışıb nala-mıxa vurdu - VİDEO
06.08.2014 13:03

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu baş verən son toqquşmalardan və prezidentlərin Soçidə gözlənilən görüşündən danışıb.

Virtualaz.org saytı xəbər verir ki, Jirinovski “Vestnik Kavkaza” kanalına müsahibəsində  deyib: “Ancaq bir çıxış yolu var: Rusiya dövlətinin başçısının mövqeyi. Həm Kiyev üçün, həm Bakı, həm Yerevan üçün . Biz bütün variantları, ssenariləri müzakirə edə bilərik. Ancaq müharibə və xarici siyasət məsələsi ancaq bir adamın- bizim dövlətimizin başçısının əlindədir. Biz müharibə istəmirik, istəmirik ki, azərbaycanlılar, ermənilər həlak olsun. Ancaq müharibə olmadan sülh əldə etmək də mümkün olmur. Hər yerdə belədir. Suriyada, İraqda, Sudanda.... İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra bütün dünya qan içindədir. Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan.  Bütün bunlar pisdir. Ancaq dünyada sülhün açarı ancaq bir adamın-Rusiya prezidentinin əlindədir. Yüz il qabaq da belə olub, indi də belədir”.

Jirinovski deyib ki, Azərbaycanda əldə olunmuş rifahı korlamağa heç kim imkan verməyəcək. Onun fikrində prezidentlər üçlükdə oturub danışacaqlar. “Onların hər üçünü rus dili birləşdirir, Azərbaycan prezidenti İlham Əliyev rus dilində əla danışır, dünyanın ən nüfuzlu institutunu-MQİMO-nu bitirib. Atası görkəmli adamdır, Heydər Əliyevdir. Mən onu şəxsən tanıyırdım. O, böyük azərbaycanlıdır, bizim hamımızın simpatiyasını qazanmışdı. Ona görə də onlar üçlükdə oturub razılığa gələcəklər, bu razılaşmanın qarantı isə Kreml, Rusiya olacaq” deyə Jirinovski nitqini yekunlaşdırıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol