• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən azərbaycanlı iş adamları tapıldı

İtkin düşən azərbaycanlı iş adamları tapıldı
04.08.2014 15:04
Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov tapılıblar. Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, azərbaycanlı iş adamlarının itkin düşdükləri ərazi Ukrayna ordusu tərəfindən separatçılardan azad olunduqdan sonra onlar tapılıblar və hazırda Xarkov şəhərindədirlər. R. Uğurluyev qeyd edib ki, İ. Ədilovun üzərindəki şəxsi silahının sənədləri olmadığından hələ ki onlar Ukrayna hüquq-mühafizə orqanlarının nəzarətindədirlər: “Güman edirik ki, tezliklə bu problem həll olunacaq və onlar sərbəst buraxılacaqlar”. Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib və həmin ərazi separatçılar tərəfindən bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev əslən Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol