• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: “Gələcəkdə Putin Rusiya üçün də təhlükəli ola bilər”

Obama: “Gələcəkdə Putin Rusiya üçün də təhlükəli ola bilər”
04.08.2014 14:31

ABŞ prezidenti Barak Obama Rusiyanı dünya gücü hesab etmir. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Barak Obama “The Economist” jurnalına müsahibəsi zamanı ölkəsinin Rusiya ilə münasibətlərinin geniş şərh edib. Onun sözlərinə görə Dmitri Medvedev Rusiya prezidenti olarkən tərəflər arasındakı münasibətlər daha yüksək səviyyədə idi. 

“Bizim administrasiyanın 2012-ci ilə qədər prezident səlahiyyətlərini icra edən Dmitri Medvedevlə çox məhsuldar əməkdaşlığı var idi. Biz etməli olduğumuz çox şeyi birlikdə etdik”-deyə Obama deyib.

Eyni zamanda o, hazırki prezident Vladimir Putininin gələcəkdə Rusiya üçün təhlükəli olacağını bildirib. 

“Dünyada gərginlik yaradan faktorlardan biri Vladimir Putinin fəaliyyətidir. Onun addımları yaxın perspektivdə ölkə daxilindəki siyasətçilər üçün xoş, beynəlxalq aləm üçün narahatlıq doğurursa da, uzaq perspektivdə Rusiyanın özü üçün təhlükə törədəcək.”-deyə Amerika prezidenti deyib. 

Obama etiraf edib ki, Ukrayna böhranının başlanmasından az öncə Putinlə şəxsi ünsiyyəti kəsib və yalnız ötən həftə Ukrayna ərazisində sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya prezidentinə zəng edib.

Ağ Ev sahibi Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın etiraz etməsini, ölkə kəşfiyyatının Rusiyaya sığınan keçmiş üzvü Edvard Snoudenə Moskvanın siyasi sığınacaq verməsini və Krımın qəfil ilhaqını Rusiya-Amerika münasibətlərinin əsas problemləri adlandırıb.

“The Economist”-ə müsahibəsinin sonunda Barak Obama Rusiyanın dünya siyasətində önəminin olmadığını vurğulayıb.

“Rusiyanın əhəmiyyətini böyütmək lazım deyil. Rusiya heç nə etmir. Mühacirlər Moskvaya yaxşı iş dalınca gəlmirlər, rus kişilərini orta ömrü 60 yaşı keçmir. Və bu şəraitdə ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək”

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol