• $
  • €
  • ₽
  • ₺
  • £

"Google"dan Mandela jesti - FOTO

"Google"dan Mandela jesti - FOTO
18.07.2014 12:52
İnternet nəhəngi "Google" Nelson Mandelaya jest edib.Anspress-in məlumatına görə, şirkət Mandelanın doğum gününü unutmayıb və özəl "dudl" hazırlayıb. Bu "dudl"da siyasətçinin həyat fəaliyyəti və dünyaya siyasi baxışı əks olunub. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidentini yaddan çıxartmayan "Google" bu jestlə bütün dünyanın diqqətini Mandellaya yönəldib.Qeyd edək ki, Mandela 1918-ci ildə CAR-ın Umtatı əyalətində anadan olub. Mandela orta məktəb təhsilindən sonra Fort Hare Universitetinə qəbul olmuş, burada siyasi cərəyanlara qoşulub. Forta‑Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950‑ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.2013-cü il iyunun 27-də onu süni nəfəs aparatına qoşublar. 2013-сü il dekabrın 5-də 95 yaşında Yohannesburqda vəfat edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol