• $
  • €
  • ₽
  • ₺
  • £

"AST Telman"ın bank hesabları donduruldu

"AST Telman"ın bank hesabları donduruldu
05.07.2014 16:25

Məhkəmə qərar versə T.İsmayılovun əmlaklarına həbs qoyula bilər

Kiprdə Telman İsmayılova məxsus AST qrupunun hesabları dondurulub. 

ANS PRESS-in məlumatına görə, Kipr məhkəməsi bu barədə qərar çıxarıb. Kipr məhkəməsində “Manqazey” qrupunun sahibi Sergey Yançukova məxsus “Sezaria LTD” şirkəti iddia qaldırıb. Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək tələb olunur.

İddiaçı tərəf məhkəməyə müraciətində qeyd edib ki, 2010-cu ilin sentyabrında "Sezaria LTD" şirkəti Telman İsmayılovun "Tandum LTD" şirkətinə 1 illik 10%-lə 50 milyon dollar kredit verib. Bu kredit üzrə faizlər hər ay ödənilib və 2011-ci ilin fevralında "Tandum LTD" "Sezaria LTD" daha bir kredit götürüb. Bu dəfə də kreditin həcmi 50 milyon dollar olsada, ammaq vəsait iki illiyə götürülüb. Bundan sonra borcun ödəmə müddətlərini uzadan "Tandum LTD" ilə daha bir neçə razılaşma imzalanıb. Son müddət 2013-cü ilin sentyabrına təyin edilib. 2013-cü ilin aprelində isə Telman İsmayılov la borcun ödənilməsi ilə bağlı zəmanət müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən şirkət bu krediti ödəməyəcəyi təqdirdə öhdəliklər Telman İsmayılovun üzərinə düşür. Ancaq buna baxmayaraq ödəmələr edilməyib. Məhz bu səbəbdən “Sezaria LTD” şirkəti Kipr məhkəməsinə müraciət edib. 

Bundan başqa, “Sezaria LTD” şirkəti London Beynəlxalq Arbitraj Məhkəməsinə T. İsmayılovdan borcun alınması ilə bağlı iddia irəli sürməyə hazırlaşır. Əgər məhkəmə borcun ödənilməsini tələb edərsə, o zaman T.İsmayılovun əmlaklarına həbs qoyulacaq. 

Qeyd edək ki, London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarları dünyanın 158 ölkəsində qüvvədədir və icrası məcburidir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol