• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmən yazar: “Amerika iraqlıları bir-birinin əli ilə öldürür”

Türkmən yazar: “Amerika iraqlıları bir-birinin əli ilə öldürür”
03.07.2014 20:03
Əsəd Ərbil: “Başqa oyun çıxmayınca İŞİD bitməyəcək”
İraqın Ərbil şəhərində yaşayan Türkmən Yazarlar Birliyinin sədri, sabiq millət vəkili Əsəd Ərbil axar.az-ın suallarını cavablandırıb, bölgədəki vəziyyətlə bağlı son durumu şərh edib:Deyib ki, Ərbildə vəziyyət normaldır, şəhərin mühafizəsi yüksək səviyyədə təşkil olunub: “Amma giriş olduqca ciddi şəkildə nəzarətdədir. Hərbi nəzarət gücləndirilmiş iş rejimində çalışır. Nəzarət məntəqələrində əsgərlərin sayı artırılıb. Mosul, Kərkük və Mahmur nəzarət məntəqələrini Kürdüstan hökumətinin peşmərgələri qoruyur”.
Onun sözlərinə görə, Mosul və Təlafər bölgələrindən gələn türkmənlərin sayı bilinmir, əksəriyyəti dostlarının, qohumlarının evində yerləşib. Həmçinin Ərbilin Kələk bölgəsində qaçqınlar üçün düşərgələr salınıb. 
“Ərbildə qohumu olmayanlar bu düşərgələrdə məskunlaşıblar. Biz, Ərbil türkmənlərindan ibarət iki qurum - Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyi və Türkmən Sənət və Kültür Gənəl Müdürlüyü birgə yardım kampaniyası başlatmışıq. Təlafər və Mosuldan gələn ailələrə 4 yük maşını yardım göndərmişik. Onların ehtiyaclarını təmin etməyə çalışırıq”, - deyə vurğulayıb. 
Ə.Ərbil qeyd edib ki, Nuri əl-Maliki İraqda baş nazirlik kürsüsünü itirməmək üçün silahdan istifadə edir: “Bütün qruplar onun istefasını tələb edir. Malikini İran və təbii ki, gizli şəkildə Amerika dəstəkləyir. Səbəb də odur ki, İraqda yaşanan bu böhran dərinləşsin, uzun müddət bu vəziyyət davam etsin. İraqdakı problemlərin həlli üçün yeni hökumət formalaşmalıdır”. 
Türkmən yazar əlavə edib ki, İŞİD-in də arxasında Amerika var: “İŞİD Səddam hakimiyyəti dövründə belə var idi. Ancaq Suriya hökumətini devirmək mümkün olmadı deyə, bu qüvvələri İraqa yönləndirdilər. 
Amerika iraqlıları bir-birinin əli ilə öldürür. Başqa bir oyun ortaya çıxmayınca, bu İŞİD heç vaxt bitməyəcək".
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol