• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvanın mərkəzində Ramazan çadırı qurulub

Moskvanın mərkəzində Ramazan çadırı qurulub
03.07.2014 10:18
Mübarək Ramazan ayı bütün dünyada olduğu kimi, 20 milyondan çox müsəlmanın yaşadığı Rusiyada da böyük coşgu ilə geyd olunur. 
ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, xalqlar mozaikası sayılan Rusiyada Ramazan ayında müxtəlif millətlərin təmsilçilərinin iftar proqramlarında bir araya gəlməsi gözəl bir ənənəyə çevrilib. Artıq 9-cu ildir ki, Moskvanın Zəfər Parkı Məscidi yaxınlığında qurulan Ramazan çadırı bu ənənəni yaşadan başlıca mərkəz halına gəlib. Rus, tatar, özbək, qırğız, çeçen, azərbaycanlı, bir sözlə onlarla millətin nümayəndələrinin toplaşdığı Ramazan çadırında dini söhbətlər və ilahilər dinləyən müsəlmanlar bütün dünyaya qardaşlıq mesajı verirlər.
Rusiya müftisinin köməkçisi Ruşen Abyasovun sözlərinə görə, Ramazan ayı, savab işlər görmək, mənəvi zənginlik qazanmaq ayıdır: ”Burda qurduğumuz Ramazan çadırı isə müsəlmanlar arasında mənəvi birliyi daha da gücləndirir. Burda keçirilən milli günlər çərçivəsində isə azərbaycanlılar da daxil müxtəlif xalqlar burada öz mədəniyətlərini nümayiş etdirirlər”. 
Ramazan çadırında toplaşanlar arasında həmyerlilərimiz də az deyil. Onların ən böyük arzularından biri isə Moskvada azərbaycanlılar üçün ayrı bir məscid inşa edilməsidir.
Hər gün minə yaxın müsəlman və qeyri-müsəlmanın böyük marağına səbəb olan iftar proqramları ilə davam edən Ramazan çadırı, Ramazan ayının sonunadək fəaliyyət göstərcək. Ramazan çadırında Azərbaycan günü də keçiriləcək.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol