• $
  • €
  • ₽
  • ₺
  • £

Nə üçün saytlar ildən-ilə gec yüklənir?

Nə üçün saytlar ildən-ilə gec yüklənir?
02.07.2014 22:00
Saytların optimallaşdırılması xidmətində ixtisaslaşan "Radware" şirkətinin "State of the Union Report Spring 2014" hesabatına əsasən, dünyanın 500 ən populyar internet mağazası ("Alexa" reytinq sisteminə görə) üçün mediana üzrə internet səhifə başlığının orta yüklənmə sürəti 10 saniyə təşkil edir ki, bu da 2012-ci ilin göstəricisindən 47 faiz aşağıdır. 2012-ci ildə veb-səhifələr təxminən 6,8 saniyəyə yüklənib.Qeyd olunan seçimdə yer alan internet səhifəsinin orta həcmi 1510 kilobayta bərabərdir və 99 resursa istinad edir. Tədqiqatçılar tam yüklənmə vaxtı ilə yanaşı, "TTI" (time to interact) göstəricisini (interfeysin istifadəçinin hərəkətlərinə reaksiya verməyə başlaması vaxtı) də ölçüblər. Bu göstərici istifadəçilər üçün səhifənin tam yüklənilməsindən daha əhəmiyyətlidir.Orta "TTI" 5,4 saniyəyə bərabərdir ki, bu da çox yüksək sürətdir. Ekspertlər hesab edirlər ki, auditoriyanın çox hissəsi səhifə üç saniyə ərzində yüklənməyəndə, saytı tərk edir. Yüz internet mağazadan yalnız 12-də bu göstərici qeydə alınıb.   Maraqlıdır ki, Top-100-də yer alan saytların səhifənin ölçüsünə görə göstəriciləri Top-500-ə daxil olan saytların göstəricisindən aşağıdır. Onlarda mediana üzrə orta sürət 10,7 saniyə təşkil edir. Doqquz saytın "TTI" göstəricisi isə hətta 10 saniyəni ötür.Bundan başqa, "CDN"-dən (kontentin çatdırılması şəbəkəsi) istifadə vəziyyəti yalnız pisləşdirir. Belə ki, "CDN" abunəçilərinin orta "TTI" göstəricisi 5,7 saniyə olduğu halda "CDN"-dən istifadə etməyən saytlarda bu göstərici 4,7 saniyəyə bərabərdir.  Saytların gec yüklənməsinin əsas səbəblərindən biri təsvirin əlverişsiz şəkildə sıxılmasıdır. İnternet saytlarının üçdə bir hissəsindən çoxu əlverişsiz təsvirlərdən yararlanır, 76 faizi "JPEG" qrafik formatının üstünlüklərindən istifadə etmir.//İctnews
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol