• $
  • €
  • ₽
  • ₺
  • £

Mübarizə nəticə verdi - Mirzoyan küçəsinin adı dəyişdirildi

Mübarizə nəticə verdi - Mirzoyan küçəsinin adı dəyişdirildi
27.06.2014 19:27
Qazaxıstanın paytaxtı Astanada əli minlərlə türk-müsəlmanın qanına batmış Levon Mirzoyanın adını daşıyan küçənin adı dəyişdirilib. 
AzNews.az-ın xəbərinə görə, bu işdə jurnalist Aida Eyvazlı və Qazaxıstanda dasporumuz 10 illik mübarizədən sonra nail olub. 
Məlumat olaraq bildirək ki, bu barədə Qazaxıstan parlamentində dəfələrlə məsələ qaldırılmışdı. Bu ideya Qazaxıstan Azərbaycanlıları İttifaqı və Astana şəhərindəki “Xəzər“ cəmiyyəti , habelə 10 il ərzində AzTV-nin Mərkəzi Asiya Respublikaları üzrə xüsusi müxbiri işləyən Aida Eyvazlı mötəbər məclislərdə dəfələrlə irəli sürmüşdülər.
Onlar Levon Mirzoyanın kim olduğunu qazaxlara tarixi sənədlərlə dəfələrlə göstərməklə, müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar etməklə bu həqiqətə diqqət çəkə bildilər. 
Bu günlərdə qazax xalqına və oradakı azərbaycanlılara Qazaxıstan Respublikası Onomastik Komossiyasından bildirilib ki, Mirzoyan küçəsinin adı dəyişdirilərək, görkəmli qazax ziyalısı, akademik Kuanış Saptaevin adı verilməsi haqda qərar qəbul olunub. 
Jurnalist Aida Eyvazlı AzNews.az-a bildirib ki, Stalinin “cəlladı” ləqəbli Levon Mirzoyan 1887- ci ldə Azərbaycanın Şuşa şəhərinin Əşan kəndində doğulub. Zaqafqaziyada sovet hakimiyyətinin bərqərar olmasında yüksək fəallıq göstərib. 1925-29-cu illərdə Azərbaycanın Mərkəzi Komitəsinin katibi olub. 1933-cü ildə Mirzoyanı Qazaxıstana Mərkəzi Komitəyə katib təyin edirlər. Həmin gündən qazaxların repressiyası başlanır. Mirzoyan Qazaxıstana katib göndəriləndə Nəriman Nərimanov Moskvaya, Mərkəzi Komitəyə məktub yazır. O məktubunda Mirzoyanın qəddar bir şəxs kimi xarakterizə edir: “Mirzoyan Azərbaycanda xeyli qətllər həyata keçirib. İndi də onu Qazaxıstana göndərirlər. 
Mirzoyanın Azərbaycandan Qazaxıstana köçürülməsi təsadüfi deyil. Bu türklərə qarşı düşünülmüş plandır. Bir türk ölkəsindən digərinə getməklə, o burada da ölüm toxumları səpəcək, türk xalqının ən yaxşı nümayəndələrinin ölümünə fərman verəcək.” 
A.Eyvazlı bildirib ki, Mirzoyan Qazaxıstana gələndən sonra, o qazax xalqının ziyalı və mədəniyyət xadimlərinin siyahını mərkəzə göndərərk, güllələnmə planında nəzərdə tutulmuş, rəqəmdən daha çox olmasını tələb edir: “14.11.1937-ci il. antisovet elementlərə görə bizə 2500 nəfər adamın güllələnməsi müəyyən edilib həbsi barədə limit verilib. Biz belə hesab edirik ki, verilən limit azlıq təşkil edir. Xahiş edirik ki, bu rəqəm 3500 nəfər olsun. Lakin bu cəlladın iç üzünü Stalin hiss edir. Anlayır ki, erməni cəlladı ona qarşı da işləyə bilər. 1938-ci ildə NKVD-nin qərarına etiraz etmək istəyində bulunan Mirzoyan, Stalinin şübhələrini daha da artırır. 1938-ci ilin mayında onu teleqramla Mərkəzə çağırırlar. 1939-cu il fevral ayının 26-da Levon Mirzoyan Lefrotovo həbsxanasında güllələnir. Türk xalqının qatı düşməni, özü də türkləri öldürtdüyü gülləyə qurban gedir”.
Aida Eyvazlı onu da qeyd edib ki, ümidvaram Almatı şəhərində də Mirzoyanın adına olan küçə dəyişiləcək və onun bu ölkədəki heykəlini də götürəcəklər”.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol